Rusiya şokolad konfetləri ixracını artırıb, Azərbaycan əsas alıcılar sırasındadır

Rusiya şokolad konfetləri ixracını artırıb, Azərbaycan əsas alıcılar sırasındadır

DÜNYA
289

Fins.az - Rusiya 2026-cı ilin yanvar-aprel aylarında şokolad konfetlərinin ixracını əhəmiyyətli dərəcədə artırıb.

Agroexportin məlumatına görə, bu dövrdə ixracın dəyəri 60 milyon ABŞ dollarını ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz çoxdur.

Natural ifadədə ixrac həcmi 13,5 min ton təşkil edib.

Əsas idxalçı ölkələr arasında Qazaxıstan, Özbəkistan, Azərbaycan, Belarus və Tacikistan yer alıb. Azərbaycanın idxal həcmi 6,5 milyon dollardan çox qiymətləndirilir.

Qeyd edək ki, 2025-ci ildə Rusiya şokolad konfetlərinin ixracından rekord həcmdə – təxminən 151 milyon dollar gəlir əldə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya şokolad konfetləri ixracını artırıb, Azərbaycan əsas alıcılar sırasındadır — Fins.az — Fins.az