Rusiya millisi Misir, Burkina-Faso və Trinidad və Tobaqo ilə yoldaşlıq oyunları keçirəcək

Rusiya millisi Misir, Burkina-Faso və Trinidad və Tobaqo ilə yoldaşlıq oyunları keçirəcək

DÜNYA
329

Fins.az - Rusiya milli futbol komandası Misir, Burkina-Faso və Trinidad və Tobaqo yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

Məlumata görə, qarşılaşmaların təqvimi artıq müəyyənləşib. Rusiya millisi mayın 28-də Qahirədə Misir yığması ilə üz-üzə gələcək. İyunun 5-də Volqoqradda Burkina-Faso ilə, iyunun 9-da isə Kalininqradda Trinidad və Tobaqo komandası ilə qarşılaşacaq.

Oyunların başlama saatı və bilet satışının tarixi ilə bağlı məlumatın daha sonra açıqlanacağı bildirilib.

Hazırda FİFA reytinqində Rusiya 36-cı, Misir 29-cu, Burkina-Faso 62-ci, Trinidad və Tobaqo isə 102-ci pillədə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya millisi Misir, Burkina-Faso və Trinidad və Tobaqo ilə yoldaşlıq oyunları keçirəcək — Fins.az — Fins.az