Rusiya iqtisadiyyatının kiçiləcəyi faiz nisbəti açıqlandı

Rusiya iqtisadiyyatının kiçiləcəyi faiz nisbəti açıqlandı

DÜNYA
390

Rusiyada iqtisadiyyatın yanvar ayında əvvəlki ilə nisbətən 5,6 faiz artdığı açıqlanıb.

“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya İqtisadi İnkişaf Nazirliyinin dərc etdiyi "İqtisadiyyatda mövcud vəziyyət" adlı hesabatda qeyd olunub.

Hesabatda Rusiya iqtisadiyyatının fevralda 4,1 faiz, martda isə 1,3 faiz artdığı, apreldə isə iqtisadiyyatın 3 faiz azaldığı bildirilir. Rusiyaya qarşı hərtərəfli sanksiyalara baxmayaraq, ölkə iqtisadiyyatının ilin ilk 4 ayında əvvəlki ilə nisbətən 1,7 faiz artdığı açıqlanıb.

Qeyd edək ki, Qərbin sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatının bu il 10-12 faiz kiçiləcəyi gözlənilir.

 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya iqtisadiyyatının kiçiləcəyi faiz nisbəti açıqlandı — Fins.az — Fins.az