
Rusiya: Bir gecədə 349 PUA zərərsizləşdirilib
Fins.az - Rusiya Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə qüvvələrinin bir gecə ərzində 349 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirdiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, məhv edilən pilotsuz aparatların Ukraynaya məxsus olduğu bildirilir və onlar növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Qurum həmçinin qeyd edib ki, son bir həftə ərzində Rusiya hava hücumundan müdafiə qüvvələri 10 ədəd “Flamingo” raketini və təxminən 5 min Ukrayna dronunu sıradan çıxarıb.