
Rusiya daha üç ölkə ilə vizasız rejim planlaşdırır
Fins.az - Rusiya Malayziya, Bəhreyn və Küveyt ilə vizasız rejimin tətbiqi imkanlarını nəzərdən keçirir. Bu barədə ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.
Onun sözlərinə görə, bu addım ölkəyə gələn turist sayını artırmaq strategiyasının bir hissəsidir. Nazir qeyd edib ki, Rusiya artıq Çin, Səudiyyə Ərəbistanı və Oman ilə vizasız rejim tətbiq edib, növbədə isə yeni ölkələr dayanır.
Bununla yanaşı, Hindistan və Vyetnam ilə qrup şəklində vizasız turizm səfərlərinin təşkili istiqamətində də iş aparılır.