
Rusiya Çinlə quru sərhədini açır
Rusiya aprelin 9-dan etibarən Çinlə quru sərhədini açır.
“Fins.az” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Koronavirusla mübarizə üzrə Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, aprelin 9-dan etibarən Rusiya vətəndaşları quru sərhədi vasitəsilə Çinə gedə, eləcə də əcnəbi vətəndaşlar Çindən Rusiyaya səfər edə bilərlər.