Rusiya və Çin neft-qaz sahəsində yeni razılaşmalara yaxındır

Rusiya və Çin neft-qaz sahəsində yeni razılaşmalara yaxındır

DÜNYA
273

Fins.az - Rusiya və Çin neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni razılaşmalara yaxınlaşıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Çinə planlaşdırılan səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər enerji sahəsində əməkdaşlıq üzrə mühüm və ciddi addım atmağa yüksək səviyyədə hazırdırlar. Putin qeyd edib ki, əsas məsələlərin böyük hissəsi artıq razılaşdırılıb və sənədlərin səfər zamanı yekunlaşdırılması mümkündür.

Rusiya lideri əlavə edib ki, danışıqların detalları hələlik açıqlanmasa da, əldə olunacaq razılaşmalar iki ölkə arasında enerji tərəfdaşlığını yeni mərhələyə çıxara bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya və Çin neft-qaz sahəsində yeni razılaşmalara yaxındır — Fins.az — Fins.az