Rusiya BƏƏ-yə uçuşlarla bağlı məhdudiyyətləri və İran hava məkanına dair qadağaları ləğv edib

Rusiya BƏƏ-yə uçuşlarla bağlı məhdudiyyətləri və İran hava məkanına dair qadağaları ləğv edib

DÜNYA
254

Fins.az - Rusiya “Rosaviasiya” qurumu Birləşmiş Ərəb Əmirliklərinə uçuşlarla bağlı biletlərin satışına qoyulan məhdudiyyətləri ləğv edib.

Qərara əsasən, həmçinin Rusiya aviaşirkətlərinin İranın hava məkanından istifadəsinə dair əvvəlki məhdudiyyətlər də aradan qaldırılıb.

Məlumata görə, bu addım Rusiya Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla qəbul olunub. Artıq aviaşirkətlər BƏƏ-yə və BƏƏ-dən uçuşlar üçün bilet satışını bərpa edə, eləcə də İran ərazisindən tranzit reysləri həyata keçirə biləcəklər.

Bununla belə, Rusiya tərəfi Yaxın Şərqdə aviasiya təhlükəsizliyi ilə bağlı vəziyyəti izləməyə davam edəcək və zərurət yarandıqda uçuş qaydalarında dəyişikliklər edilə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rusiya BƏƏ-yə uçuşlarla bağlı məhdudiyyətləri və İran hava məkanına dair qadağaları ləğv edib — Fins.az — Fins.az