
Rusiya Atletika Federasiyası World Athletics-in qərarından CAS-a şikayət edib
Fins.az - Rusiya Atletika Federasiyası (VFLA) rusiyalı atletlərin beynəlxalq yarışlardan kənarlaşdırılmasının uzadılması ilə bağlı World Athletics təşkilatının qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
Federasiyanın açıqlamasına görə, arbitraj prosesində idman hüququ üzrə ixtisaslaşmış beynəlxalq hüquqşünaslar iştirak edəcək. Bildirilib ki, iddia World Athletics-in nizamnaməsində nəzərdə tutulan beş günlük müddət ərzində təqdim olunub və bütün prosessual tələblərə əməl edilib.