Rumıniyada energetika böhranının elan edilməsi təklif olunub

Rumıniyada energetika böhranının elan edilməsi təklif olunub

DÜNYA
347

Fins.az - Rumıniyanın energetika naziri Boqdan İvan hakim koalisiyanın partiya liderlərinə və baş nazirə məktub göndərərək ölkədə energetika böhranının elan edilməsini təklif edib. Buna səbəb Yaxın Şərqdəki münaqişə fonunda enerji daşıyıcılarının qiymətlərinin kəskin artmasıdır.

Nazir neft və neft məhsulları bazarında böhran vəziyyətinin elan olunmasını, vergilərin və aksizlərin azaldılmasını, yanacaq satışına maksimum qiymət həddinin tətbiq edilməsini təklif edib. O, həmçinin enerji qiymətlərinin artımının təsirini azaltmaq üçün kənd təsərrüfatı işçilərinə maliyyə dəstəyinin verilməsini, yanacağa bioetanol qatqısının müvəqqəti dayandırılmasını və ABŞ sanksiyaları səbəbindən fəaliyyətini dayandırmış Ployeştidəki Lukoil-Petrotel neft emalı zavodunun aprel ayında qeyri-Rusiya nefti ilə müvəqqəti olaraq yenidən işə salınmasını təklif edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rumıniyada energetika böhranının elan edilməsi təklif olunub — Fins.az — Fins.az