
Rubio və Modi ABŞ-Hindistan əlaqələrinin inkişafını müzakirə ediblər
Fins.az - ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri çərçivəsində ölkənin Baş naziri Narendra Modi ilə görüş keçirib.
Məlumata görə, Rubio ABŞ Prezidenti Donald Tramp adından Modini yaxın vaxtlarda ABŞ-yə səfərə dəvət edib.
ABŞ-nin Hindistandakı səfiri Serdcio Qor sosial şəbəkə hesabında bildirib ki, danışıqlar zamanı ABŞ ilə Hindistan arasında təhlükəsizlik, ticarət və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub.