Rubio Avropanı İrana qarşı birgə addımlara çağırıb

Rubio Avropanı İrana qarşı birgə addımlara çağırıb

DÜNYA
398

Fins,az - ABŞ Dövlət katibi Marko Rubio Avropa ölkələrini İranın nüvə proqramına qarşı daha sərt və birgə tədbirlər görməyə çağırıb.

Marco Rubio İtaliyanın Nazirlər Şurasının sədri Corciya Meloni ilə görüşdən sonra Romada jurnalistlərə açıqlamasında bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır və bu istiqamətdə yalnız bəyanatlar kifayət etmir.

Rubio vurğulayıb ki, əgər diplomatik çağırışlar nəticə vermirsə, Avropa ölkələri konkret addımlar atmalıdır. Onun sözlərinə görə, İran regionda, xüsusilə də Hörmüz boğazı ətrafında vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlar atır və bu, qəbuledilməzdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Rubio Avropanı İrana qarşı birgə addımlara çağırıb — Fins.az — Fins.az