
“Roskosmos” və NASA ISS-in orbitdən çıxarılması strategiyasını razılaşdırıb
Fins.az - “Roskosmos” və NASA 2025-ci ildə Beynəlxalq Kosmik Stansiyanın (ISS) idarə olunan və təhlükəsiz şəkildə orbitdən çıxarılması üzrə strategiyanın əsas istiqamətlərini müəyyənləşdiriblər.
Bu barədə “RKK Energiya” raket-kosmik korporasiyasının illik hesabatında məlumat verilib.
Hesabatda qeyd olunur ki, ISS-in orbitdən planlı və fövqəladə ssenarilər üzrə çıxarılmasının proqram-texniki, hüquqi və beynəlxalq-hüquqi aspektləri “ISS-in orbitdən çıxarılması strategiyası” adlı birgə sənəddə öz əksini tapacaq.
Bundan əlavə, bu məsələlər NASA ilə “Roskosmos” arasında imzalanacaq xüsusi icra sazişində də təsbit ediləcək.