
Ronaldinyo peşəkar futbola qayıtmağa hazırlaşır
Fins.az - Ronaldinyo peşəkar futbol karyerasını bərpa etməyə hazırlaşır.
Məlumata görə, 46 yaşlı sabiq futbolçu İtaliyanın üçüncü liqasında çıxış edən Ravenna klubu ilə razılığa gəlib.
Klubun sahibi iş adamı İnyatsio Çipriani Ronaldinyonun transferini klub üçün xüsusi hadisə adlandırıb.
Onun sözlərinə görə, Ronaldinyo uzun illər futbol dünyasının simvollarından biri olub və oyuna təsiri meydandakı nailiyyətlərindən də genişdir.