Red Wings Tel-Əvivə uçuşları bərpa edir

Red Wings Tel-Əvivə uçuşları bərpa edir

DÜNYA
380

Fins.az - Red Wings aviaşirkəti 17 aprel tarixindən Tel-Əviv istiqamətində müntəzəm reysləri bərpa edir.

Uçuşlar hər gün Moskva vilayətində yerləşən Jukovski hava limanından həyata keçiriləcək. Marşrut üzrə Tu-214 tipli təyyarələr istifadə olunacaq və uçuş müddəti təxminən 5 saat 45 dəqiqə təşkil edəcək.

Məlumata görə, 2025-ci ildə şirkət İsrail istiqamətində 140 minə yaxın sərnişin daşıyıb ki, bu da əvvəlki illə müqayisədə 27 faiz çoxdur.

Qeyd edək ki, Rusiyanın aviasiya qurumu yerli aviaşirkətlərə 16 aprel – 15 may tarixləri arasında İsrailə uçuşları bərpa etməyə icazə verib. Bununla belə, reyslər yalnız müəyyən saat aralığında və təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...