
Qlobal bazarlarda bütün diqqətlər ABŞ-ın əmək bazarı hesabtına yönəlib
Səhmlər və istiqrazlardakı artım ABŞ-da əmək bazarı, xüsusilə də Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayına (NFP) dair məlumatların dərcindən əvvəl bir qədər səngiyib.
Fins.az xəbər verir ki, rekord səviyyələrə yaxın olan ABŞ indeksləri "S&P 500" və "Nasdaq" cümə axşamı cüzi itkilərlə bağlanıb. İki indeksin fyuçersləri üfüqi tendensiya sərgiləyir.
ABŞ istiqrazlarının gəlirliliyi bütün ödəmə müddətləri üzrə bir qədər artarkən, 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 1 baza bəndi artaraq 4.297%-lə alınıb.
Asiya - Sakit Okeaniya indekslərində də mülayim hərəkətlər müşahidə olunub. "MSCI" Asiya - Sakit Okean indeksi sabit qalarkən, Yaponiya və Çin indeksləri zəif bir istiqamət nümayiş etdirdi.