Qızılın qiyməti yenidən 1600 dolları keçdi

Qızılın qiyməti yenidən 1600 dolları keçdi

DÜNYA
902

Koronavirus epidemiyasına dair narahatlıqlar "etibarlı liman" xüsusiyyətindəki aktivlərə tələbi artırır.

Fins.az xəbər verir ki, qızılın unsiyasının qiyməti yenidən 1600 dollar səviyyəsini keçib. 

Bakı vaxtı ilə saat 12:50-də qızılın unsiyası 0,4% bahalaşma ilə 1608 dollardan alıcı tapıb.

Qızılın unsiyasının qiyməti Yanvar ayının əvvəlində geosiyasi gərginliklərin artması ilə əlaqədar 1611.42 dollara qədər qalxaraq 2013-dən bu yana ən yüksək səviyyəsini görmüşdü.

Palladiumun unsiyasının qiyməti 2700 dolları aşaraq rekord qırıb. 

©Marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qızılın qiyməti yenidən 1600 dolları keçdi — Fins.az — Fins.az