Qeyts Fondu 2030-cu ilə qədər əməkdaşlarının 20%-ni ixtisar edəcək

Qeyts Fondu 2030-cu ilə qədər əməkdaşlarının 20%-ni ixtisar edəcək

DÜNYA
175

Fins.az - Qeyts Fondu yaxın illərdə genişmiqyaslı ixtisar planı həyata keçirməyi nəzərdə tutur.

Məlumata görə, təşkilat 2030-cu ilə qədər təxminən 500 iş yerini, yəni ümumi heyətin 20%-ni azaltmağı planlaşdırır.

Eyni zamanda, fond rəhbərliyi təşkilatın maliyyəçi Cefri Epşteyn ilə əlaqələrinə dair xarici yoxlamaya start verib. Bu addım son dövrlərdə açıqlanan məlumatlar fonunda atılıb.

Fondun həmtəsisçisi Bill Qeyts məsələ ilə bağlı bildirib ki, o, Epşteynin cinayətlərində iştirak etməyib və onunla əlaqələrinə görə peşman olduğunu ifadə edib. Qeyd olunur ki, Qeyts bu məsələ ilə bağlı iyun ayında ABŞ Konqresində ifadə vermək üçün çağırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qeyts Fondu 2030-cu ilə qədər əməkdaşlarının 20%-ni ixtisar edəcək — Fins.az — Fins.az