Qeyri-müəyyənliyə baxmayaraq ABŞ dolları liderliyini qoruyur

Qeyri-müəyyənliyə baxmayaraq ABŞ dolları liderliyini qoruyur

DÜNYA
252

Finss.az xəbər verir ki, ABŞ dolları Prezident Donald Trampın siyasəti fonunda yaranan qeyri-müəyyənliyə baxmayaraq, beynəlxalq hesablaşmalarda lider mövqeyini qoruyub saxlayır. Swift beynəlxalq hesablaşma sisteminin məlumatına görə, 2025-ci ilin dekabr ayında dolların payı 50,5%-ə yüksəlib.

Bu göstərici Swift-in 2023-cü ildə məlumat toplama metodologiyasını dəyişməsindən bəri qeydə alınan ən yüksək səviyyə hesab olunur. Müqayisə üçün qeyd edək ki, noyabr ayında dolların payı 46,8% təşkil etmişdi.

Swift dolların mövqeyinin möhkəmlənməsini beynəlxalq hesablaşmalarda avronun istifadəsinin azalması ilə izah edir. Belə ki, avronun payı ilin ən aşağı səviyyəsinə enərək 21,9% olub.

Beynəlxalq ödənişlərdə ən çox istifadə edilən digər valyutalara funt sterlinq, Kanada dolları, Yapon yeni və Çin yuanı daxildir. Məlumata görə, Çin milli valyutasının beynəlxalq hesablaşmalardakı payı dekabr ayında 2,9%-dən 2,7%-ə düşüb.

Analitiklər hesab edirlər ki, mövcud geosiyasi və iqtisadi risklər fonunda ABŞ dolları hələ də qlobal maliyyə sistemində əsas ehtiyat və hesablaşma valyutası olaraq qalır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qeyri-müəyyənliyə baxmayaraq ABŞ dolları liderliyini qoruyur — Fins.az — Fins.az