Qədim Misir mumiyasında “İliada”dan parçalar olan papirus aşkar edilib

Qədim Misir mumiyasında “İliada”dan parçalar olan papirus aşkar edilib

DÜNYA
320

Fins.az - Barselona Universitetinin tədqiqatçıları qədim Misir mumiyalarından birinin içərisində Homerin “İliada” əsərindən parçalar olan papirus tapıblar.

Məlumata görə, təxminən 1600 il yaşı olan dəfn eramızın IV əsrinə aiddir və həmin dövrdə Misir Roma İmperiyasının tərkibində olub. Papirus yunan dilində yazılıb və mumiyanın qarın boşluğunda yerləşdirilib.

Tapıntı Oksirinxus ərazisində aşkar edilib və üzərində “İliada” poemasından hissələr olduğu müəyyənləşib. Alimlər bildirirlər ki, bu, mumiyanın içərisində ədəbi mətnin tapılması baxımından ilk belə kəşflərdən biridir.

Tədqiqatçılar qeyd edirlər ki, Oksirinxus bölgəsi XIX əsrdən bəri minlərlə yunan və latın papirusunun tapıldığı mühüm arxeoloji məkandır. Lakin bu dəfəki kəşf qədim mətnlərin dəfn ənənələri ilə əlaqəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qədim Misir mumiyasında “İliada”dan parçalar olan papirus aşkar edilib — Fins.az — Fins.az