Qazaxıstanlı ekspert: Bazar vəziyyətə uyğunlaşır və müsbət xəbərlər gözləyir

Qazaxıstanlı ekspert: Bazar vəziyyətə uyğunlaşır və müsbət xəbərlər gözləyir

DÜNYA
237

Fins.az - Hörmüz boğazı ətrafında yaranmış gərginlik qısa müddətdə qlobal bazarlarda dəyişikliklərə səbəb olsa da, artıq müəyyən sabitləşmə əlamətləri müşahidə olunur. Qazaxıstanlı siyasi şərhçi Askar Nurşa bildirib ki, bazar mövcud şəraitə uyğunlaşmağa başlayıb və müsbət xəbərlər gözləyir.

Ekspertin sözlərinə görə, baş verənlər bütün əsas iştirakçılar üçün dərs olacaq. O qeyd edib ki, gələcəkdə əsas istiqamətlərdən biri enerji və logistika sahəsində diversifikasiya olacaq.

Nurşa vurğulayıb ki, Körfəz ölkələri artıq alternativ marşrutların inkişafına diqqət yetirir. Xüsusilə, enerji resurslarının Qırmızı və Aralıq dənizlərinə daşınması üçün yeni layihələr aktiv müzakirə olunur.

Bununla yanaşı, Türkiyə ərazisindən keçə biləcək alternativ nəqliyyat marşrutları da nəzərdən keçirilir ki, bu da regionda enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstanlı ekspert: Bazar vəziyyətə uyğunlaşır və müsbət xəbərlər gözləyir — Fins.az — Fins.az