Qazaxıstandakı bütün McDonald's restoranlarının fəaliyyəti dayandırılır

Qazaxıstandakı bütün McDonald's restoranlarının fəaliyyəti dayandırılır

DÜNYA
494

Təchizatdakı məhdudiyyətlər səbəbindən Qazaxıstandakı bütün McDonald's restoranlarının fəaliyyəti cümə günündən etibarən müvəqqəti olaraq dayandırılır.

"Fins.az"xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

"Qazaxıstandakı McDonald's (Food Solutions KZ LLP) yerli təchizat məhdudiyyətləri səbəbindən noyabrın 18-dən etibarən bütün restoranlarını fəaliyyətini müvəqqəti olaraq dayandırır. Şirkət mümkün qədər tez işi bərpa etmək üçün bütün səyləri göstərir", - məlumatda deyilir.

"Food Solutions KZ" 6 ildən artıqdır Qazaxıstan Respublikasında fəaliyyət göstərir və "fast food" restoran sənayesinin liderlərindən biridir. Şirkətin Qazaxıstanın 6 şəhərində 24 McDonald's restoranı var və bu restoranlarda 2000-ə yaxın işçi çalışır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstandakı bütün McDonald's restoranlarının fəaliyyəti dayandırılır — Fins.az — Fins.az