
Qazaxıstanda yeni Konstitusiya üzrə referendumda səsvermə başlayıb
Fins.az - Qazaxıstanda bazar günü ölkənin yeni Konstitusiyası ilə bağlı keçirilən referendum üzrə səsvermə başlayıb.
Seçki məntəqələri yerli vaxtla saat 06:00-da fəaliyyətə başlayıb, səsvermə isə 07:00-da start götürüb və 20:00-dək davam edəcək. Məntəqələr bağlandıqdan sonra səslərin sayılmasına başlanılacaq və bu proses üçün maksimum 12 saat vaxt ayrılıb.
Ümumilikdə ölkə üzrə 10,4 mindən çox səsvermə məntəqəsi təşkil olunub. Onlardan 71-i isə 54 xarici ölkədə fəaliyyət göstərir.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Muxtar Yermanın sözlərinə görə, martın 15-i saat 07:00-a olan məlumata əsasən, regionlarda fəaliyyət göstərən 10 min 388 seçki məntəqəsinin hamısı səsverməyə başlayıb. Onun sözlərinə görə, ərazi komissiyalarının qərarına əsasən 92 məntəqədə səsvermə daha tez – saat 06:00-da başlanıb.