
Qazaxıstanda süni intellekt insultdan ölüm hallarını 40% azaldıb
Fins.az - Qazaxıstanda tətbiq olunan süni intellekt sistemi insultdan ölüm hallarını 40 faiz azaldıb.
Məlumata görə, bu barədə ölkənin Baş nazirinin müavini və rəqəmsal inkişaf naziri Jaslan Madiyev hökumətin iclasında məlumat verib.
“Cerebra” adlı süni intellekt sistemi kompüter tomoqrafiyası nəticələrini qısa müddətdə təhlil edərək insultun daha tez və dəqiq diaqnozunu qoymağa imkan yaradır.
Sistem Astana ilə yanaşı bir sıra bölgələrdə də tətbiq olunur. 2025-ci il sentyabrın 1-dən bəri 7600-dən çox xəstənin məlumatı analiz edilib. Nəticədə vaxtında müalicə alan xəstələrin sayı artıb və ölüm hallarında əhəmiyyətli azalma qeydə alınıb.