
Qazaxıstanda şəxsi yazışmaların izlənməsi şayiələri təkzib edilib
Fins.az - Qazaxıstanın sosial media və mesajlaşma tətbiqlərində yayılan “istifadəçilərin şəxsi yazışmaları izlənilir” iddiaları təkzib edilib.
Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasına görə, Maliyyə Monitorinqi Agentliyinin təklif etdiyi qaydalar yalnız ictimaiyyətə açıq məlumatların – maliyyə piramidaları, onlayn kazinolar və qanunsuz lotereyaların reklamı ilə bağlı paylaşımların monitorinqini əhatə edir.
Şəxsi mesajların izlənməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil və manipulyativ xarakter daşıyır. Qaydalar vətəndaşların şəxsi yazışmalarına şamil edilmir.