Qazaxıstanda referendum ərəfəsində sükut günü başlayıb

Qazaxıstanda referendum ərəfəsində sükut günü başlayıb

DÜNYA
240

Fins.az - Qazaxıstanda yeni Konstitusiya layihəsi üzrə keçiriləcək respublika referendumu ərəfəsində martın 14-də sükut günü elan olunub.

AZƏRTAC xəbər verir ki, ölkədə referendum martın 15-də keçiriləcək və səsverməyə yeni Konstitusiyanın qəbul edilməsi məsələsi çıxarılıb.

Referendumda yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik olan Qazaxıstan vətəndaşları iştirak edə biləcəklər.

Səsvermə günü ölkə üzrə ümumilikdə 10 mindən çox seçki məntəqəsi fəaliyyət göstərəcək. Onlardan 9 779-u vətəndaşların qeydiyyat yeri üzrə, 622-si ölkə ərazisində müvəqqəti qeydiyyat məntəqələrində, 71-i isə Qazaxıstanın 54 ölkədə yerləşən xarici nümayəndəliklərində açılacaq.

Referendum iştirakçılarının siyahısına ümumilikdə 12 461 796 vətəndaş daxil edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstanda referendum ərəfəsində sükut günü başlayıb — Fins.az — Fins.az