Qazaxıstanda Müstəqillik xiyabanı istifadəyə verilib

Qazaxıstanda Müstəqillik xiyabanı istifadəyə verilib

DÜNYA
211

Fins.az - Qazaxıstanın Aktobe vilayətinin Alqa şəhərində Milli Rəmzlər Günü münasibətilə yeni ictimai məkan – Müstəqillik xiyabanı açılıb.

Xiyaban şəhər sakinlərinin istirahəti və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.

Yeni məkanın əsas simvollarından biri onun mərkəzində quraşdırılmış 35 metr hündürlüyündə bayraq dirəyidir. Burada Qazaxıstanın dövlət bayrağı dalğalanır.

Layihə şəhərin abadlaşdırılması və vətənpərvərlik dəyərlərinin təbliği məqsədilə həyata keçirilib.

Rəsmilər bildiriblər ki, Müstəqillik xiyabanı Alqa şəhərinin yeni görməli məkanlarından biri olacaq və sakinlərlə yanaşı, qonaqların da diqqətini cəlb edəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...