
Qazaxıstanda meşə yanğınları dronlarla izlənir
Fins.az - Qazaxıstanın Pavlodar vilayətində meşə yanğınlarının qarşısını almaq üçün müasir nəzarət sistemləri və dronlar tətbiq edilib. Müşahidə kameraları vahid sistemə birləşdirilib, erkən aşkarlanma üçün 8 dron fəaliyyət göstərir. Gündəlik peyk və video nəzarəti həm regionu, həm də qonşu əraziləri əhatə edir. Bayanaul Milli Parkı əlavə kameralar quraşdıraraq nəzarət zonasını genişləndirir, hava patrulu isə Kazaviaspas xidməti tərəfindən həyata keçirilir.