Qazaxıstanda ictimai təhlükəsizlik üçün dronlardan istifadə genişlənir

Qazaxıstanda ictimai təhlükəsizlik üçün dronlardan istifadə genişlənir

DÜNYA
2,354

Fins.az - Qazaxıstanın şimal bölgəsində ictimai təhlükəsizliyin təmin olunması məqsədilə dronlardan fəal şəkildə istifadə edilir. Bu pilotsuz uçuş aparatları səsgücləndiricilərlə təchiz olunub və profilaktik tədbirlərdə mühüm rol oynayır.

Dronlar su hövzələrində patrul xidməti apararaq balıqçılara və istirahət edənlərə nazik buz təhlükəsi barədə xəbərdarlıq edir. Eyni zamanda, meşə ərazilərində yanğın riskini izləyir və yanğın ocaqlarını erkən mərhələdə aşkar etməyə kömək edir.

Bundan əlavə, yaşayış məntəqələrində və bağ evlərində səsgücləndiricilər vasitəsilə yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar yayılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstanda ictimai təhlükəsizlik üçün dronlardan istifadə genişlənir — Fins.az — Fins.az