Qazaxıstanda antiterror təlimi keçirilir

Qazaxıstanda antiterror təlimi keçirilir

DÜNYA
197

Fins.az - Qazaxıstanın Akmola vilayətinin Arşalı rayonunda yerləşən Arşalı qəsəbəsində iyunun 30-da antiterror təlimi keçirilir.

Təlim çərçivəsində qəsəbədə nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Akmola vilayəti Terrorla Mübarizə Əməliyyat Qərargahı sakinləri keçirilən tədbirlərə anlayışla yanaşmağa, hüquq-mühafizə orqanlarının əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırıb.

Qərargah həmçinin vətəndaşlara yalnız rəsmi məlumat mənbələrinə etibar etməyi və təsdiqlənməmiş məlumatları yaymamağı tövsiyə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstanda antiterror təlimi keçirilir — Fins.az — Fins.az