Qazaxıstan qazın İtaliyaya ixracı üçün Rusiya üzərindən marşrutu nəzərdən keçirə bilər

Qazaxıstan qazın İtaliyaya ixracı üçün Rusiya üzərindən marşrutu nəzərdən keçirə bilər

DÜNYA
335

Fins.az - Qazaxıstan qazın İtaliyaya ixracı üçün mümkün marşrut kimi Rusiya və Avropa ölkələri üzərindən tranziti nəzərdən keçirə bilər.

Bu barədə ölkənin energetika nazirinin müavini Kayırxan Tutkışbayev bildirib. Onun sözlərinə görə, Qazaxıstan ilə İtaliya arasında birbaşa qaz nəqli marşrutu mövcud deyil.

Rəsmi qeyd edib ki, alternativ variant kimi Rusiya və digər Avropa ölkələrinin ərazisindən keçən tranzit marşrutları qiymətləndirilə bilər.

Bununla yanaşı, hazırda Qazaxıstandan İtaliyaya və ya digər Avropa ölkələrinə boru kəməri ilə qaz tədarükü ilə bağlı konkret danışıqlar aparılmır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan qazın İtaliyaya ixracı üçün Rusiya üzərindən marşrutu nəzərdən keçirə bilər — Fins.az — Fins.az