Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”lə tanış olub

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”lə tanış olub

DÜNYA
302

Fins.az - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Qazaxıstanın müxtəlif vilayətlərini təmsil edən nümayəndələrə “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi barədə təqdimat keçirilib.

Təqdimat zamanı vurğulanıb ki, “ASAN xidmət” 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə rəqəmsal idarəetmə sahəsində xüsusi mükafata, 2023-cü ildə isə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyasına layiq görülüb. Eyni zamanda, “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”lə tanış olub — Fins.az — Fins.az