Qazaxıstan Misirə səfərlə bağlı məhdudiyyətləri aradan qaldırıb

Qazaxıstan Misirə səfərlə bağlı məhdudiyyətləri aradan qaldırıb

DÜNYA
458

Fins.az - Qazaxıstan Xarici İşlər Nazirliyi Misiri səfər üçün tövsiyə olunmayan ölkələr siyahısından çıxarıb.

Qərarın mövcud vəziyyət, eləcə də beynəlxalq hava limanları və turizm zonaları daxil olmaqla mülki infrastrukturun normal fəaliyyəti nəzərə alınaraq qəbul edildiyi bildirilib.

Bununla belə, Yaxın Şərqdə davam edən gərginlik və bəzi ölkələrdə hava məkanının vaxtaşırı bağlanması səbəbindən bir sıra istiqamətlər üzrə xəbərdarlıqlar qüvvədə qalır. Nazirlik Bəhreyn, İsrail, Yəmən, İordaniya, İraq, İran, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, Livan, BƏƏ, Oman və Suriyaya səfərlərlə bağlı ehtiyatlı olmağı tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan Misirə səfərlə bağlı məhdudiyyətləri aradan qaldırıb — Fins.az — Fins.az