
Qazaxıstan dövlət sektoru üçün 50-dən çox süni intellekt agenti yaradıb
Fins.az - Qazaxıstanın Milli Süni İntellekt Platforması superkompüterlər, genişmiqyaslı dil modelləri və 120-dən çox dövlət məlumat bazasına çıxışı birləşdirib.
Şımkentdə keçirilən beynəlxalq texnologiya forumunda məlumat verilib ki, platformada artıq vətəndaşların və dövlət aparatının ehtiyacları üçün 50-dən çox ixtisaslaşmış süni intellekt agenti yaradılıb. Bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən vitse-nazir Dmitri Mun məlumat verib.