Qazaxıstan dövlət kriptokastodiya platforması yaradır və kriptoehtiyat formalaşdırır

Qazaxıstan dövlət kriptokastodiya platforması yaradır və kriptoehtiyat formalaşdırır

DÜNYA
331

Finss.az - Qazaxıstan Milli Bankı yaxın həftələrdə ölkədə kriptoaktivlərin saxlanılması üçün dövlət kastodial platformanın yaradılacağını açıqlayıb.

Layihə Mərkəzi Depozitarın bazasında həyata keçiriləcək və 2026-cı ildən etibarən kriptovalyutaların tənzimlənən dövriyyəsinə start veriləcək.

Milli Bankın sədri Timur Süleymanov bildirib ki, rəqəmsal aktivlər bazarı üçün yeni qanunvericilik bazası artıq yekunlaşmaq üzrədir. Paralel olaraq, strateji kriptoehtiyatın yaradılması istiqamətində addımlar atılır. Bu məqsədlə Milli İnvestisiya Korporasiyasına 350 milyon dollar ayrılıb və ehtiyatın həcminin 1 milyard dollara çatdırılması planlaşdırılır.

Bundan əlavə, Alatau rayonunda kriptovalyutaların istifadəsinə icazə veriləcək xüsusi rejim tətbiq ediləcək. Hökumət ölkəni Mərkəzi Asiyada rəqəmsal maliyyə mərkəzinə çevirməyi hədəfləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan dövlət kriptokastodiya platforması yaradır və kriptoehtiyat formalaşdırır — Fins.az — Fins.az