
Qazaxıstan və Çin rəqəmsal logistika üzrə əməkdaşlığı genişləndirir
Fins.az - İyulun 15-də Çinin Şanxay şəhərində “Qazaxıstan–Çin: nəqliyyat-logistika əməkdaşlığı və elektron ticarət – yeni texnologiyalar, yeni imkanlar” mövzusunda beynəlxalq biznes-forum keçiriləcək.
Tədbirdə hər iki ölkənin dövlət qurumlarının nümayəndələri, nəqliyyat və logistika şirkətlərinin rəhbərləri, maliyyə institutları, eləcə də informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən aparıcı şirkətlər iştirak edəcəklər.
Forum çərçivəsində rəqəmsal logistika, elektron ticarət, nəqliyyat dəhlizlərinin inkişafı və innovativ texnologiyaların tətbiqi sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə olunacağı gözlənilir.