Qazaxıstan buğda və unun ixracı üçün kvotanı uzatmağı planlaşdırır

Qazaxıstan buğda və unun ixracı üçün kvotanı uzatmağı planlaşdırır

DÜNYA
982

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi buğda və unun ixracı üzrə kvotanı sentyabrın 1-dək uzatmaq niyyətindədir.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə Kənd Təsərrüfatı Naziri Yerbol Karaşukeyev məlumat verib.

O qeyd edib ki, iyunun 15-dək Qazaxıstanda buğda ixracı üçün 1 milyon ton, unun ixracı üçün isə 300 min ton kvota müəyyən edilib. "Hazırki kvota iyunun 15-də başa çatır. Ona görə də taxıl və un kvotasının uzadılması məsələsi ilə bağlı təhlil aparırıq. Böyük ehtimalla kvotanın sentyabrın 1-dək uzadılacağı gözlənilir. Buğda ilə bağlı kvotanın 40%-i, unla bağlı isə kovatanın 70%-i saxlanıla bilər”, - deyə o bildirib.

Nazir həmçinin əlavə edib ki, buğdanın dünya bazarında bahalaşması fonunda Qazaxıstanda çörəyin qiymətinin artması üçün heç bir ilkin şərt yoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qazaxıstan buğda və unun ixracı üçün kvotanı uzatmağı planlaşdırır — Fins.az — Fins.az