
“Qarşıda çox çətin keçəcək iki həftə var”
ABŞ Prezidenti Donald Tramp, yeni növ koronavirus (Kovid-19) epidemiyasına dair, "ABŞ vətəndaşlarından qarşıdakı çətin günlərə hazırlaşmalarını istəyirəm. Qarşıda çox çətin keçəcək iki həftə var" deyib.
Fins.az xəbər verir ki, Tramp, Ağ Evdə keçirdiyi mətbuat konfransına, "Ölkəmiz, böyük bir milli imtahanın ortasındadır. Bu dəfə əvvəl qarşılaşmadığı bir imtahan" sözləri ilə başlayıb.
Bütün dünyanın Kovid-19 ilə mübarizə içində olduğunu qeyd edən Tramp, xalqın və şirkətlərin üzərinə düşən məsuliyyətləri yerinə yetirmələrinin çox əhəmiyyətli olduğunu vurğulayıb.