
“Qarabağ” Cebrail Makreçkini transfer edib
Fins.az - Yeni mövsümə hazırlaşan “Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubun yaydığı məlumata görə, Ağdam təmsilçisi Macarıstanın Ferencvárosi TC klubundan Cebrail Makreckisi transfer edib.
26 yaşlı latviyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, 2029-cu ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək və komandada 25 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Cebrail Makreçkis karyerası ərzində Almaniyanın Borussia Dortmund klubunun sistemində də çıxış edib.