
“Qantas” 2027-ci ildə dünyanın ən uzun fasiləsiz uçuşuna başlayacaq
Fins.az - Avstraliyanın “Qantas” aviaşirkəti 2027-ci ilin oktyabr ayından etibarən dünyanın ən uzun fasiləsiz kommersiya uçuşunu həyata keçirməyi planlaşdırır.
Sidney–London marşrutu üzrə həyata keçiriləcək reys xüsusi hazırlanmış Airbus A350-1000ULR təyyarəsi ilə yerinə yetiriləcək. Uçuşun təxminən 19 saat davam edəcəyi və hazırkı birdayanacaqlı reyslərlə müqayisədə səyahət müddətini 4 saat azaldacağı bildirilir.
Şirkətin baş direktoru Vanessa Hadson layihəni “Qantas”ın 105 illik tarixində ən mühüm mərhələlərdən biri kimi qiymətləndirib.
Onun sözlərinə görə, layihənin əsas məqsədi Avstraliyanın coğrafi uzaqlığını beynəlxalq hava nəqliyyatı və qlobal əlaqələr üçün maneəyə çevirməməkdir.