
Qahirədə Məmlüklər dövrünə aid su təchizatı sistemi və məscid qalıqları aşkarlanıb
Fins.az - Misir-Fransa birgə arxeoloji ekspedisiyası tərəfindən Qahirədə Salahəddin Əyyubi qalasının ətrafında aparılan qazıntılar zamanı Məmlüklər dövrünə aid su təchizatı sistemi və məscid qalıqları aşkarlanıb.
Tapıntılar Misirin Qədim Abidələr üzrə Dövlət Şurası və Fransanın Şərq Arxeologiyası İnstitutunun birgə həyata keçirdiyi araşdırma layihəsi çərçivəsində Arab əl-Yasar və əl-Həttabə ərazilərində üzə çıxarılıb.
Mütəxəssislərin sözlərinə görə, aşkarlanan qalıqlar həmin dövrdə şəhərin su təchizatı, memarlıq xüsusiyyətləri və ictimai həyatı barədə yeni məlumatlar əldə etməyə imkan verəcək.