Premyer Liqada son 4 mövsümün ən böyük hesabı

Premyer Liqada son 4 mövsümün ən böyük hesabı

DÜNYA
244

Fins.az - Azərbaycan Premyer Liqasının XXVI turunda “Qarabağ” – “Karvan-Yevlax” matçında mövsümün ən böyük hesablı nəticəsi qeydə alınıb.

Peşəkar Futbol Liqasının məlumatına görə, Ağdam klubu ev matçında 7:0 hesabı ilə qalib gəlib. Bu nəticə həm cari mövsümün, həm də son 4 çempionatın ən böyük fərqi kimi tarixə düşüb.

Sonuncu dəfə belə fərqli qələbə 2021/2022-ci illər mövsümündə qeydə alınıb: 2022-ci il aprelin 15-də “Qarabağ” “Şamaxı”nı 8 cavabsız qolla məğlub edib.

Qeyd olunur ki, Azərbaycan Premyer Liqası tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Premyer Liqada son 4 mövsümün ən böyük hesabı — Fins.az — Fins.az