Portuqaliya–Çili matçında Leau və Roman meydandan qovulublar

Portuqaliya–Çili matçında Leau və Roman meydandan qovulublar

DÜNYA
190

Fins.az - Rafael Leau və Iván Román Portuqaliya və Çili milli komandaları arasında keçirilən yoldaşlıq matçında baş verən insidentdən sonra meydandan qovulublar.

Məlumata görə, hər iki futbolçu oyunun birinci hissəsinin sonuna yaxın qırmızı vərəqə ilə cəzalandırılıb.

Hadisə Lissabondakı “Estádio Nacional do Jamor” stadionunda baş verib. Oyunun gedişində Leau rəqib futbolçuya bir neçə dəfə təzyiq göstərib və daha sonra ona əl ilə zərbə endirib.

Portuqaliya milli komandası 2026-cı il dünya çempionatına hazırlığını davam etdirir, Çili yığması isə turnirə vəsiqə qazana bilməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Portuqaliya–Çili matçında Leau və Roman meydandan qovulublar — Fins.az — Fins.az