
Polşa yanacaq qiymətlərini sabit saxlamaq üçün ayda 440 milyon dollar xərcləyir
Fins.az - Polşa hökuməti yanacaq qiymətlərinin artımının qarşısını almaq üçün hər ay təxminən 1,6 milyard zlotı (təxminən 440 milyon ABŞ dolları) xərcləyir.
Maliyyə naziri Anjey Domanskinin sözlərinə görə, bu tədbirlər ABŞ-nin İrana hücumundan sonra enerji bazarında yaranan qiymət artımı ilə bağlıdır. Hökumət yanacaq qiymətlərinin tənzimlənməsi proqramını, xüsusilə aksiz vergisinin azaldılması hesabına davam etdirməyi planlaşdırır.
Martın 27-də Polşa parlamentinin aşağı palatası olan Seym yanacaq qiymətlərinin azaldılması üçün müvəqqəti tədbirlər paketini qəbul edib. Bu tədbirlərə yanacağa tətbiq olunan ƏDV-nin 8 faizə endirilməsi, eləcə də benzin və dizel üçün aksiz vergisinin azaldılması daxildir.