Pirelli Yaxın Şərq böhranı fonunda qiymətləri artıracaq

Pirelli Yaxın Şərq böhranı fonunda qiymətləri artıracaq

DÜNYA
128

Fins.az - İtaliyanın şin istehsalçısı Pirelli Yaxın Şərqdə davam edən böhranın təsirlərini azaltmaq üçün xüsusi tədbirlər planı hazırlayıb.

Plan çərçivəsində şirkət məhsul qiymətlərini artırmağı, xərcləri əlavə olaraq azaltmağı və logistika zəncirlərini yenidən nəzərdən keçirməyi planlaşdırır. Həmçinin istehsalın fasiləsizliyini təmin etmək məqsədilə strateji xammal ehtiyatlarının müvəqqəti artırılması nəzərdə tutulur.

Şirkət qeyd edir ki, regiondakı gərginlik enerji və xammal bazarlarına ciddi təzyiq göstərir, bu isə neft və qaz qiymətlərinin artmasına səbəb olur. Bu proses uzanarsa, inflyasiyanın yüksəlməsi və qlobal iqtisadiyyata mənfi təsirlər mümkündür.

Bununla belə, Yaxın Şərq Pirelli-nin ümumi gəlirlərində cəmi təxminən 1 faiz paya malikdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pirelli Yaxın Şərq böhranı fonunda qiymətləri artıracaq — Fins.az — Fins.az