Pentaqon: Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

Pentaqon: Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

DÜNYA
284

Fins.az - ABŞ qoşunlarının Almaniyadan çıxarılması ilə bağlı hər hansı tələsik qərar verilməyəcək. Bununla yanaşı, Avropa ölkələri öz təhlükəsizliklərinin təmin edilməsində daha böyük məsuliyyət daşımalıdırlar.

Bu barədə Pentaqon rəhbərinin müşaviri Erik Qeressi Almaniya mətbuatına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ hərbi qüvvələrinin Avropadakı gələcək mövcudluğu ilə bağlı müxtəlif variantlar və ssenarilər hazırda nəzərdən keçirilir.

Erik Qeressi qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Müşavir vurğulayıb ki, heç bir addım tələsik atılmayacaq və bütün qərarlar diqqətlə qiymətləndirildikdən sonra qəbul olunacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Pentaqon: Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır — Fins.az — Fins.az