
Pekin ABŞ Prezidentinin İran gəmisi ilə bağlı iddialarını təkzib edib
Fins.az - Rəsmi Pekin ABŞ Prezidenti Donald Trampın İran bayrağı altında üzən və ABŞ qüvvələri tərəfindən ələ keçirilmiş gəmi ilə bağlı səsləndirdiyi iddiaları təkzib edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bildirib ki, Çin beynəlxalq öhdəliklərini məsuliyyətlə yerinə yetirən ölkədir və bu mövqe əvvəllər dəfələrlə açıq şəkildə bəyan edilib.
Donald Tramp isə daha əvvəl iddia etmişdi ki, Hörmüz boğazında saxlanılan “TOUSKA” adlı gəmi “Çindən hədiyyə” yükü daşıyırmış.
ABŞ tərəfi isə gəminin ələ keçirildiyini və hazırda Amerika donanmasının nəzarətində saxlanıldığını açıqlayıb.