
Parisdə Motsarta aid əvvəllər məlum olmayan əsərlər aşkarlanıb
Fins.az - Volfqanq Amadey Motsarta məxsus indiyədək məlum olmayan əlyazma Fransanın paytaxtı Parisdə aşkarlanıb və identifikasiya olunub.
Fransa Milli Kitabxanasının məlumatına görə, əlyazma bəstəkarın 1778-ci ildə Parisdə olduğu dövrdə qələmə alınıb.
Tapılan sənəd 44 səhifəlik dəftərdən ibarətdir.
Dəftərdə yer alan fleyta və arfa üçün yeddi musiqi əsəri iyunun 22-də Musiqi Günü münasibətilə ilk dəfə olaraq France Musique radiosunda səsləndiriləcək.