Parisdə Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Parisdə Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

DÜNYA
326

Fins.az - Parisdə Çin və ABŞ arasında iqtisadi və ticarət məsələlərinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu başlanıb.

Çin tərəfinə Baş nazirin müavini He Lifen, ABŞ tərəfinə isə maliyyə naziri Skott Bessent rəhbərlik edir. Parisdəki görüş ABŞ Prezidenti Donald Trampın Çinə gözlənilən səfəri ərəfəsində keçirilir.

Qeyd edilir ki, Donald Tramp ötən ilin yanvarından prezident vəzifəsinə başladıqdan sonra dünyanın iki böyük iqtisadiyyatı arasında yaranmış ticarət və rüsum mübahisələrini həll etmək məqsədilə Cenevrə, London, Stokholm, Madrid və Kuala Lumpurda yüksək səviyyəli danışıqlar aparılıb. Həmin danışıqlarda və dövlət başçılarının ötən ilin sonunda Cənubi Koreyada keçirilmiş görüşündə müəyyən razılaşmalar əldə edilsə də, bir çox məsələlər hələ də həllini gözləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Parisdə Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb — Fins.az — Fins.az