
Pakistanda terror hücumu nəticəsində azı 3 hərbçi həlak olub
Fins.az - Pakistanın Karaçi şəhərində təhlükəsizlik qüvvələrinin bazasına edilən terror hücumu nəticəsində azı 3 hərbçi həlak olub.
Polisin məlumatına görə, baş verən silahlı qarşıdurma zamanı 3 terrorçu da zərərsizləşdirilib.
İlkin məlumata əsasən, partlayıcı maddələrlə yüklənmiş avtomobil bazanın giriş hissəsinə çırpılıb və güclü partlayış baş verib. Bundan qısa müddət sonra beş-altı silahlı şəxsdən ibarət qrup Karaçinin şərq hissəsində yerləşən “Reyncer” qüvvələrinin təhlükəsizlik bazasına hücum edib.